Türkiyəyə səyahət xəbərdarlığını yeniləyən ABŞ 12 şəhərə yönəlik xəbərdarlığı ləğv edib.

Publika.az xəbər verir ki, yeni qərara görə, Şırnak, Hakkari vilayətləri və Suriyadan 10 kilometr uzaqlıqdakı bölgələr üçün mümkün terror hadisələri səbəbilə 4-cü səviyyəli “getməyin” xəbərdarlığı tətbiq edilib.

ABŞ Dövlət Departamenti pandemiya səbəbilə Türkiyəyə etdiyi səyahət xəbərdarlığını 12 şəhər istisna olmaqla 3-cü səviyyədə saxlayıb.

ABŞ öz vətəndaşlarına isə "qlobal səyahət xəbərdarlığı" siyahısı ilə Türkiyədəki vəziyyəti yeniləyib.