"Məsuliyyətsiz insana qaydalara əməl et deyəndə narazı qalır. Ona görə də biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq. Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır".

Sonxeber.az xəbər verir ki, bu sözləri açıqlamasında deputat Fazil Mustafa bildirib:
"Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Əlbəttə ki, yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil. Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı".