Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 15%, yəni 1,8 mlrd. kubmetr artımla 13,4 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qaz hasilatının 4,6 mlrd. kubmetri ("Azəri-Çiraq-Günəşli" neft-qaz yataqlar blokundan), 6,4 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib.

Məlumata əsasən, SOCAR üzrə bu dövrdə 2,4 mlrd. kubmetr qaz hasil olunub.