Dünya birjalarında neftin qiyməti bahalaşıb.

port.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,17 dollar artaraq 34,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,02 dollar bahalaşaraq 28,34 dollar təşkil edib.