Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə büdcəyə yenidən baxılması ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, 2020-ci ilin birinci rübünün nəticələrindən sonra hökumətin geniştərkibli iclasında president koronavirus pandemiyasının səbəb olduğu qlobal böhranın Türkmənistana mənfi təsirini azaltmaq üçün müvafiq tədbirlərə xüsusi diqqət yetirməyi tapşırıb.