Bakının Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə və içərisinə yığılan 2 m³ taxta materiallar yanıb. Qarajın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. 

Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.