Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Xüsusi karantin rejimində texniki baxış müddəti bitmiş kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.