Azərbaycanda koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əslən azərbaycanlı olan milyaderlər də yardım edir.

 

Marja xəbər verir ki, indiyədək milyarderlərdən Fonda, soydaşımız - Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov 2 milyon manat, Azərbaycanda doğulmuş rusiyalı iş adamı Fərhad Teymur oğlu Əhmədov isə 1 milyon manat köçürüblər.

 

İndiyədək Fonda ən böyük vəsaiti NEQSOL Holding (5 milyon manat, o cümlədən Bakcell 1 milyon 500 min manat, SOCAR-AQŞ 1 milyon 500 min manat, Norm 1 milyon manat, Prokon - 500 min manat və.s), PAŞA Holdinq (2 milyon manat), Azercell Telekom (2 milyon manat),  Azərbaycan Beynəlxalq Bankı (2 milyon manat), Azərsun Holdinq (2 milyon manat), AZ-Granata (2 milyon manat), Tabaterra (2 milyon manat), UGE Middle East Development (2 milyon manat), Veysəloğlu Şirkətlər Qrupu (1 milyon manat), AZRE Təkrarsığorta  (1 milyon manat), Azerenerji (1 milyon manat),  Baku Steel Company (1 milyon manat), Caspian Marine Services (1 milyon manat), Gilan (1 milyon manat), Teymur Əhmədov adına AzNar (1 milyon manat), Akkord Korporasiyası (1 milyon manat), CMS (ASCO-nun alyans tərəfdaşı) (1 milyon manat), Daxili İşlər Nazirliyi (1 milyon manat), Dövlət Gömrük Komitəsi (1 milyon manat) və Fövqəladə Hallar Nazirliyi (1 milyon manat) köçürüblər.