Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb.

Bu barədə Port.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.